Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.

İlham Əliyev və xanımı Papa Fransisklə görüşdülər - FOTO

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.



Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Münasibətlərimizin yaxşı perspektivlərinin olduğu vurğulanıb. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirilib. Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirib.

Söhbət zamanı son illərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğulayıb.

Görüşdə qarşılıqlı hədiyyələr təqdim edilib.