O, “Facebook” səhifəsindəki “vəzifəsini” hələ də dəyişilməyib O, “Facebook” səhifəsindəki “vəzifəsini” hələ də dəyişilməyib

Gülər Əhmədova özünü hələ də deputat hesab edir - Fotofakt

O, “Facebook” səhifəsindəki “vəzifəsini” hələ də dəyişilməyib



Elşad Abdullayevin yaydığı videomaterialdan sonra millət vəkili mandatına son qoyulan Gülər Əhmədova özünü yenə də deputat hesab edir. O çox aktiv şəkildə istifadə etdiyi "Facebook" səhifəsindəki "vəzifəsini" hələ dəyişilməyib. Belə ki, burada iş yeri olaraq Azərbaycan Respublikası Milli Məclisi göstərilir.

Xatırladaq ki, oktyabrın ayının 3-dən etibarən Gülər Əhmədova millət vəkili deyil. Həmin tarixdə Mərkəzi Seçki Komissiyasında Gülər Əhmədovanın deputatlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub.

Üstəlik ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.


Gülnar Ağayeva
AzNews.az

image description image description