“Hazırda Gülər Əhmədova dindirilir” “Hazırda Gülər Əhmədova dindirilir”

YAP funksioneri Gülər Əhmədovun həbsindən danışdı

“Hazırda Gülər Əhmədova dindirilir”



"İstintaq orqanları bildirirlər ki, hazırda Gülər Əhmədova dindirilir. Ancaq istintaqın son nəticələri açıqlanandan sonra onun təqsirinin nə qədər olması məlum olacaq və buna müvafiq də lazımı addımlar atılacaq". Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.

Deputat söyləyib ki, hamı qanun qarşısında cavabdehdir və istənilən təqsirin araşdırılması qanuna uyğun mərhələlərdən keçir.

A.Mirzəzadə deyib ki, ortada məlum video görüntü yayımlandıqdan sonra dərhal cinayət işi açılıb və hazırda da istintaq işləri davam etdirilir: "Əgər kiminsə günahı təsdiqlənəcəksə, zamanı gələndə artıq həmin şəxs üzərində müvafiq məhkəmə qurulacaq və o həbs ediləcək. İndi Azərbaycan cəmiyyət də G.Əhmədova ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı istintaqın nəticələrini gözləyir. Buna müvafiq olaraq da artıq növbəti addımlar atılacaq".

Vasif Həsənli
AzNews.az