“Bu barədə kifayət qədər danışıblar” “Bu barədə kifayət qədər danışıblar”

YAP-çı deputat danışmadı

“Bu barədə kifayət qədər danışıblar”



Sabiq millət vəkili Gülər Əhmədova "facebook" statusunda prezidentə müraciət edib. Müraciətində deyilir ki, o heç bir açıqlama verməsə də həmkarları onun barəsində təhqir, şər və iftira yağdırırlar: "Sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş sədri olduğunuz partiyanın üzvləri barəmdə təhqir dolu açıqlamalar səsləndirir, məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, təhqir edən insanlar çox peşman olacaqlar".

Gülər Əhmədovanın bu addımı ilə bağlı YAP-çı deputat Aydın Mirzəzadə fikir bildirməyib. O, qısaca AzNews.az-a belə deyib: "Bu barədə kifayət qədər danışıblar".

İlkin Pirəli
AzNews.az