Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb. Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.

Avropa Oyunlarının bayrağı təhvil verildi

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.


Bu barədə Trend-ə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Tədbirdən sonra çıxış edən P.Hikki deyib: "30 aydan bir qədər çox müddətdə Bakı Avropa Oyunlarının himayədarı olub. Bu gün EOC Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır. Bakı-2015-in verdiyi ən böyük tohfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra bu yarışların gələcəyi təmin olunub".

Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirib: "Cənab prezident, mən sizə xüsusi bir təqdimat qutusunda Avropa Oyunlarının bayrağını təqdim edirəm. Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".

Mərasimdə EOC-un İcraiyyə Komitəsi, EOC Bakı-2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12 500 alovqoruyan könüllünün təmsilçiləri iştirak ediblər.