Dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident sarayında Dəniz Baykalla görüşdükdən sonra HDP-li Cəlal Doğanla üz-üzə gəlib. Dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident sarayında Dəniz Baykalla görüşdükdən sonra HDP-li Cəlal Doğanla üz-üzə gəlib.

Ərdoğanla HDP-li deputatın Sarayda sürpriz görüşü - VİDEO

Dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident sarayında Dəniz Baykalla görüşdükdən sonra HDP-li Cəlal Doğanla üz-üzə gəlib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Cumhuriyet" qəzeti yayıb.

HDP-nin İmralı nümayəndə heyəti bu görüşlə bağlı yazılı bəyanat verib. Bəyanatda həll prosesinin dövlət siyasəti halına gətirilərək qorunması, koalisiya görüşlərində bazarlıq mövzusu edilməsi önə çıxıb.

Mətndə ən çox tənqid edilən Prezident Ərdoğan olub: "Ərdoğan müzakirə prosesini yox sayır, Dolmabaxça razılığını yanlış bilir, monitorinq nümayəndə heyətini tanımır və ən nəhayət "Kürd problemi yoxdur" deyir".

Qeyd edək ki, Cəlal Doğan seçki öncəsi CHP-dən ayrılaraq HDP-yə keçib. Qaziantep millət vəkili olan Cəlal Doğan 15 il ərzində Qaziantep Böyükşəhər Bələdiyyə sədri kreslosunda oturub.

Doğan İstanbulda Ahmet Türk, Aysel Tuğluk və Sırrı Süreyya Önderlə bir yemək yeyib. Onun namizədliyi isə HDP-nin sədri Selahattin Demirtaş tərəfindən irəli sürülüb.
Həm Türkiyədə, həm də Suriyada kürdlərlə bağlı kritik hadisələr baş verərkən "yeni HDP-li" Cəlal Doğan Sarayda Ərdoğanla görüşüb. Doğanın bələdiyyə sədri olduğu dövrdən Ərdoğanla tanış olduğu deyilir. Alınan məlumatlara görə görüş istəyi Doğandan gəlib.

Siyasətçilər hesab edir ki, Ərdoğanla Doğanın görüşü HDP-nin AKP-yə hökumət qurmaqda dəstək verəcəyi anlamına gəlir.