Əbülfəz Qurbanlı AXCP-dən istefa verməsi ilə bağlı xəbərə münasibət bildirib. Əbülfəz Qurbanlı AXCP-dən istefa verməsi ilə bağlı xəbərə münasibət bildirib.

Əli Kərimlinin istefa verən müavini danışdı (Yenilənib)

Əbülfəz Qurbanlı AXCP-dən istefa verməsi ilə bağlı xəbərə münasibət bildirib.


O, AzNews.az-a açıqlamasında profilinin sındırılmadığını, statusunu özünün yazdığını və AXCP-dən istefa verdiyini təsdiqləyib: "Hər şeyi orada yazmışam. Əlavə məlumata ehtiyac duymuram. Xahiş edirəm məni narahat etməyin".



***
16:11

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib.

AzNews.az xəbər verir ki, bu barədə o, özünün facebook hesabında yazıb: "AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacağam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın".



Məsələ ilə bağlı AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı AzNews.az-a açıqlamasında bildirib ki, Əbülfəz Qurbanlı ilə bağlı məlumatı hələ dəqiqləşdirə bilməyiblər: "Hazırda onu dəqiqləşdirməyə çalışırıq. Amma Əbülfəz bəy telefon zənglərinə cavab vermir. Güman edirik ki, bu xəbər yalan olar".

Bahar RÜSTƏMLİ