Azərbaycan İranın nüvə proqramına dair razılaşmanı alqışlayır

Azərbaycan İranın nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır.




AzNews.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan "P5+1" qrupu və İran İslam Respublikası arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır.

O, qeyd edib ki, Azərbaycan bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanır.