- Köhnə - Siyasət
- 25 Avqust 2015 10:58
- 3 866
Türkiyə seçki hökumətində kimlər yer ala bilər? - SİYAHI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir Əhməd Davudoğluna seçki hökumətini qurmaq səlahiyyətini verəcəyi gözlənilir.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlunun "mən təklifi fərdi edərəm" açıqlaması artıq bir sıra adların dilə gətirilməsinə səbəb olub.
Seçki hökumətində nazirlər kabinetinə CHP-dən 6, MHP-dən 3 üzv olmaqla seçiləcək şəxslərin daha əvvəl nazir olmuş şəxslərdən olacağı gözlənilir. HDP-dən seçiləcək 3 nəfərin də təcrübəli siyasətçilər arasından seçiləcəyi şübhə doğurmur.
Baş nazir Əhməd Davudoğlu CHP və MHP-dən bəzi siyasətçilərə fərdi qaydada təklif aparmağı düşünür. Bu əsasda CHP-dən daha öncə nazirlik etmiş şəxslərə təklif irəli sürülə biləcəyi bildirilir. CHP-də daha öncə nazirlik etmiş 4 şəxs var: Deniz Baykal. Fikri Sağlar, Ərdoğan Topraq və Zekeriya Temizel.
MHP-dən daha öncə kabinetdə Devlet Bahçelidən əlavə də 5 nəfər yer alıb: Oktay Vural, Murad Başesgioğlu, Meral Akşener, Əhməd Kənan Tanrıkulu, Koray Aydın.
CHP və MHP-dən fərqli olaraq Nazirlər Kabinetinə üzv verəcəyini açıqlayan HDP-də Leyla Zana, Mithat Sancar, Cəlal Doğan və Celadet Gaydalı kimi şəxslər Davudoğlu tərəfindən təklif götürülə biləcəklər isyahısında yer alırlar.
Aydan Axundova