Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas, deputat Çingiz Qənizadə noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas, deputat Çingiz Qənizadə noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb.

Çingiz Qənizəda: “Rəqiblərimə böyük fərqlə qalib gələcəyəm”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas, deputat Çingiz Qənizadə noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb.

Bu barədə AzNews.az-a deputatın özü məlumat verib. Bildirib ki, artıq seçki ilə bağlı sənədlərini seçki dairə komissiyasına təqdim edib: "Ötən seçkidə olduğu kimi bu il də bitərəf olaraq 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu dairədən 2 dəfə qalib olmuşam. Hesab edirəm ki, bu 5 ildə göstərdiyim fəaliyyət, seçicilərimlə yaratdığım ünsiyyət, tədbirlərdə, televiziya və mətbuatdakı çıxışlarımın hamısı həmin rayonun əhalisi tərəfindən izlənilib. Onlar mənim kimliyim haqda kifayət qədər məlumatlıdırlar. Çünki dəfələrlə çoxsaylı seçicilərimi qəbul edib müəyyən problemlərinə dəstək olmuşam. Ümid edirəm ki, bu dəfəki seçkidə də mənə səs verəcəklər. Mən buna inanıram. Hesab edirəm ki, rəqiblərimi çox böyük səs fərqi ilə udub seçkilərdə qalib olacağam".

Qeyd edək ki, Çingiz Qənizadə 2010-cu ildə Milli Məclisə keçirilən seçkiyə bitərəf olaraq 80 saylı İmişli-Beyləqan seçki dairəsindən qatılıb və qalib olub.

Sevinc Yasinıqızı
AzNews.az