Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr postuna iddialı olan Sahib Kərimlinin ittihamlarına cavab verib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr postuna iddialı olan Sahib Kərimlinin ittihamlarına cavab verib.

AXCP-dən Sahib Kərimliyə cavab: "Onun taleyindən narahatam”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr postuna iddialı olan Sahib Kərimlinin ittihamlarına cavab verib.


Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov AzNews.az-a açıqlamasında bildirib ki, S.Kərimli fəlakətli yol tutub: "Sahib Kərimli fəlakətli yol tutub. Onun siyasi taleyindən narahatam".

N.Ədilov qeyd edib ki, S.Kərimli tutduğu yolda uduzacaq: "O, iddasını açıqlayan gün dedim ki, uduzacaqsan. Özü də hər mənada".

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr postuna iddialı namizəd Sahib Kərimli lideri Əli Kərimliyə qarşı hücuma keçib. Əli Kərimlinin zəif tərəflərini açıqlayan müşavir onu cəmiyyətlə təmasının zəif olmasında, müxtəlif səbəblərdən dəyişən sosial münasibətləri yaxşı bilməməsində, avtoritar idarəetməyə meyllilikdə, kadrları bacarıqlarına görə yox, itaətkarlığına görə seçməkdə ittiham edib.

Xatırladaq ki, sentyabrın 27-də AXCP özünün növbəti qurultayını keçirəcək. Partiya sədri postuna isə Əli Kərimli və onun müşaviri Sahib Kərimli iddialıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az