- Köhnə - Siyasət
- 26 Oktyabr 2012 07:42
- 3 955
“Araz Ağalarovun cavabı tutarlı oldu”
Deputat R.Aslanova AzNews.az-a açıqlamasında bildirib ki, Araz Ağalarov Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması və məqsədi barədə son günlər səsləndirilən əsassız fikirlərə ən tutarlı cavab verib. O, bu məsələ ilə bağlı əlavə şərhə ehtiyac olmadığını söyləyib.
Rusiya-Azərbaycan münasibətlərinə də toxunan R.Aslanova deyib ki, Azərbaycan bütün ölkələrlə (Ermənistan istisna olmaqla) dinc əməkdaşlıq və strateji tərəfdaşlıq şəraitində xarici siyasətini inkişaf etdirir.
Onun sözlərinə görə, hazırda Rusiya ilə Azərbaycan arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: "Rusiya Azərbaycana qonşu olan böyük dövlətdir və burada çoxsaylı azərbaycanlılar yaşayır. Tarixi ənənələri davam etdirərək Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək prinsiplərə əsaslanıb və bundan sonra da bu davam etdiriləcək".
Vasif Həsənli
AzNews.az