Xəbər verdiyimiz kimi, seçkilərdə iştirakdan imtina edən Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı və nümayəndələri səhər saatlarından etibarən məntəqələrdədir. Gülağa Aslanlı məntəqələri gəzir və müşahidəçilərini məntəqələrə yerləşdirir. Xəbər verdiyimiz kimi, seçkilərdə iştirakdan imtina edən Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı və nümayəndələri səhər saatlarından etibarən məntəqələrdədir. Gülağa Aslanlı məntəqələri gəzir və müşahidəçilərini məntəqələrə yerləşdirir.

Gülağa Aslanlı niyə seçki məntəqələrinə gedib? - Açıqlama

Xəbər verdiyimiz kimi, seçkilərdə iştirakdan imtina edən Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı və nümayəndələri səhər saatlarından etibarən məntəqələrdədir. Gülağa Aslanlı məntəqələri gəzir və müşahidəçilərini məntəqələrə yerləşdirir.


Seçkini "boykot" edən partiyanın və seçkidəki iştirakını dayandırması ilə bağlı ərizə yazmış şəxslərin məntəqələrdə görünməsi isə təəccüb doğurur.

Məsələ ilə bağlı G.Aslanlı ilə əlaqə saxladıq. O, AzNews.az-a bildirdi ki, məntəqələrə partiyanın səlahiyyətli nümayəndəsi kimi gedib: "Partiyanın səlahiyyətli nümayəndəsi kimi bu gün 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31, 32, 33 və 34 saylı məntəqələrində olmuşam. Həmin dairədə səlahiyyətli nümayəndə kimi adımı dəftərdə yazıb, imza qoymuşam. Bu, mənim hüququmdur. Amma mən heç bir namizəd kimi qeydə alınmamışam".

Başqan müavini qeyd edib ki,seçkidə iştirakdan imtina etmək hələ müşahidələrdən imtina etmək demək deyil: "Müsavat ümumilikdə seçkinin nəzarətindən imtina etməyib".

Qeyd edək ki, oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında seçkini "boykot" etmək haqda qərar verib. MSK isə onların bu qərarını rədd edib.

Sevinc Yasinqızı