- Köhnə - Siyasət
- 1 Noyabr 2015 17:07
- 5 731
Almaniyalı müşahidəçidən seçki açıqlaması
İndiyədək üç seçki məntəqəsində müşahidə aparmışıq, gördüklərimizdən razıyıq.
Bu sözləri 52 saylı Quba seçki məntəqəsinin 15 saylı seçki məntəqəsində müşahidə aparan almaniyalı müşahidəçi Qabriela Habsburq deyib.Q. Habsburqun sözlərinə görə, o, Azərbaycanda bir neçə dəfə seçkiləri müşahidə edib: "Azərbaycan xalqı çox qonaqpərvərdir, bizi hər yerdə xoş qarşılayırlar. Şimal bölgəsinə məmnuniyyətlə gəldim. Quba Azərbaycanda sevdiyim rayonlardandır və burada olmaq mənim üçün xoşdur".
Q. Habsburq müşahidə apardıqları seçki məntəqələrində qanun pozuntuları ilə rastlaşmadıqlarını vurğulayıb.
Secki2015.az