- Köhnə - Siyasət
- 31 Oktyabr 2012 06:41
- 3 749
Elçibəyin vəkilinə yeni vəzifə verildi

Adil Minbaşı DAK-ın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutacaq
Elçibəyin yaxın dostu və vəkili olmuş Adil Minbaşına Dünya Azərbaycanlıları Konqresində (DAK) yeni vəzifə verilib. Bundan sonra vəkil DAK-ın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutacaq.
Bu barədə sərəncamı DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya imzalayıblar. DAK həmsədrlərinin başqa bir sərəncamına əsasən Aida Rzaquluqızı təşkilatın Qadınlar Şurasının sədri təyin edilib.
Elnarə Əlosmanqızı
AzNews.az