- Köhnə - Siyasət
- 2 Noyabr 2012 11:10
- 2 301
Ədliyyə Tibb Qurumu Özal haqda xəbəri təsdiq etmədi

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, H. İncə "biz "strixnin kreatin" adlı maddə aşkarlamamışıq, bu xəbər necə ortaya çıxıb, bilmirik", deyib.
Professor H. İncə oktyabrın 2-dən bəri nümunələr üzərində işi davam etdirdiklərini və hər hansı yekun raport hazırlamadıqlarını söyləyib: "Müəyyən nəticələr var, amma hələlik iş yekunlaşmayıb. Raport hazırladıqdan sonra prokurorluğa göndərəcəyik. Onlar istərsə, raportu mediaya açıqlaya bilər. Bizim əsas vəzifəmiz ölümün səbəbini müəyyənləşdirməkdir. Qəzetdə çıxan xəbərin qaynağı biz deyilik".
AzNews.az