2010-cü ildə İsrail ordusu yüksək döyüş hazırlığına gətirilib 2010-cü ildə İsrail ordusu yüksək döyüş hazırlığına gətirilib

İrana baş tutmayan hücumla bağlı ŞOK məlumatlar

2010-cü ildə İsrail ordusu yüksək döyüş hazırlığına gətirilib



İsrailin "Channel 2" telekanalı hələ 2010-cü ildə İranın nüvə obyektlərinə baş tutmayan hücumla bağlı material nümayiş etdirib. "The Jerusalem Post" yazır ki, həmin vaxt baş nazir Binyamin Netahyahu və müdafizə naziri Eruk Barak ordunun yüksək döyüş hazırlığına gətirilməsi barədə əmr verib. Əmr İranın nüvə obyektlərinə mümkün hücumlarla bağlı olub.

Ancaq MOSSAD-ın rəhbəri Meyr Daqan və bir sıra ordu komandirləri bunu "qanunsuz" adlandırıblar. Onların fikrincə, nüvə obyektlərinə hücüm iki ölkə arasında genişmiqyaslı müharibəyə səbəb ola bilər. Belə əməliyyatların Nazirlər Kabineti ilə razıladırılmasının vacibliyi bildirildiyindən hücum baş tutmayıb.

İranın nüvə obyektlərinə hücuma hazırlıq əmri verən iki şəxs isə qarşı tərəfi lazımı anda hərbi əməliyyatlara hazır olmamaqda ittiham edib. E.Barak "Channel 2"yə müsahibəsində nüvə obyektlərinə hücümün böyükmiqyaslı müharibəyə gətirib çıxaracağına inanmadığını vurğulayıb.

Hadisənin təfərrüatları barədə İsrail televiziyasında daha bir proqramın hazırlandığı da yayılan məlumatlar arasındadır.

Alpər Oğuz
AzNews.az