Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov manatın ikinci devalvasiyasından sonra ölkənin müxtəlif rayonlarında keçirilən etiraz aksiyalarına münasibət bildirib. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov manatın ikinci devalvasiyasından sonra ölkənin müxtəlif rayonlarında keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Əli Həsənov regionlardakı etiraz aksiyalarından danışdı

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov manatın ikinci devalvasiyasından sonra ölkənin müxtəlif rayonlarında keçirilən etiraz aksiyalarına münasibət bildirib.


AzNews.az xəbər verir ki, prezidentin köməkçisi AZƏRTAC-a, Trend-ə və APA-ya müsahibəsi zamanı bildirib ki, bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub: "Politololoji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin "cəmiyyətin nəbzini yoxlaması" kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya "xalq hakimiyyətin siyasətindən narazıdır" və buna görə də öz "etirazını bildirir". Əslində isə həmin "aksiyalarda" azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu "aksiyalara" devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın "narazılığı", "etirazı" kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi.

Bir məsələni də xüsusi diqqətə çatdırmaq istərdim. İnandırıcı deyil ki, dünyanın hər hansısa ölkəsi son 10 ildə Azərbaycanın əldə etdiyi uğurları ortaya qoya bilsin. Bunu da bütün xalq görür, öz liderinə inandığını, onu dəstəklədiyini, mövcud inkişafı, sabitliyi, əmin-amanlığı, quruculuğu hər şeydən yüksək qiymətləndirdiyini və kimlərinsə qurmaq istədiyi məkrli oyunları rədd etməklə konkret mövqeyini açıq nümayiş etdirir".