Təlimlərdə iştirak etmiş şəxslər yekun qiymətləndirməyə qatılacaqlar Təlimlərdə iştirak etmiş şəxslər yekun qiymətləndirməyə qatılacaqlar
  • Toplum
  • 17 Oktyabr 2018 15:12
  •  1 192

Məktəb direktorları üçün təlimlərin üçüncü mərhələsi olacaq

Təlimlərdə iştirak etmiş şəxslər yekun qiymətləndirməyə qatılacaqlar

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır.

AzNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin üçüncü – müsahibə mərhələsi oktyabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (ünvan:Bakı şəhəri Mir Cəlal küç. 71) keçiriləcək. Bu mərhələ ilə bağlı məlumatlar namizədlərə telefon vasitəsilə bildiriləcək.

Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, statistika və təhlil, maliyyənin idarəolunması, idarəetmənin hüquqi əsasları, eləcə də digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməyə qatılacaqlar.

Qeyd edək ki, yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Səidə Nurməmmədli,

AzNews.az