Sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib Sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib
  • Toplum
  • 8 Noyabr 2018 12:24
  •  2 299

İdxal edilən sementin gömrük rüsumu dəyişdirildi

Sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib

Azərbaycana idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib.

Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, ölkəyə idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementin tarif dərəcəsi əvvəlki kimi 15 faiz olacaq.

Sənəddə qeyd olunub ki, həmin məhsul 1 kiloqramı üçün bu ilin noyabrın 11-dək 0,07 ABŞ dolları gömrük rüsumu tutulur. Dəyişikliklə bu rüsum ləğv edilib.

AzNews.az