Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb. Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.
  • Toplum
  • 3 Yanvar 2019 13:15
  •  2 965

Türkiyə vətəndaşı “Şahdağ”da öldü

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.(trend.az)

© AzNews.az