• Toplum
  • 4 Yanvar 2019 16:22
  •  316

AMEA-da təqdimat - FOTO

Türkiyə səfərinin nəticələri müzakirə edilib

Hesabatı MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli təqdim ediblər.

AzNews.az xəbər verir ki, təqdimatlarda Ankara İldırım Bəyazid Universiteti Kitabxanasına, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivinə, Türk Dil Qurumu Kitabxanasına və Ankara Milli Kitabxanasına səfərlər haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Aygün Səfərova Mərkəzi Elmi Kitabxana ilə Ankara İldırım Bəyazid Universiteti Kitabxanası arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum barəsində məlumat verib. Memorandumda kitabxana prosеslərinin avtomatlaşdırılması, e-kataloqların və e-bazaların mübadiləsi, nadir kitablar da daxil olmaqla sənədlərin mühafizəsi, virtual sərgilərin təşkilinə dair təcrübə mübadiləsi, təlimlər, seminarlar və konfransların keçirilməsi, vahid kataloqlaşdırma qaydalarının formalaşdırılması, sağlamlıq məhdudiyyəti olan şəxslərin kitabxana xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və s. bu kimi mühüm məsələlərin əks olunduğunu deyib.

A.Səfərova Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivində keçirilən görüş haqqında danışaraq bu qurumun yaranması, kitab fondu, proqram təminatı, oxu zalları barəsində məlumat verib. O, TBMM Kitabxanası ilə MEK arasında sənəd mübadiləsi məqsədilə razılaşma əldə olunduğunu söyləyib.

Tədbirdə digər çıxışçılar səfər olunan kitabxanaların tarixi, kitab fondu, strukturu, iş rejimi, rəqəmsallaşdırma fəaliyyəti, proqram təminatı, elektron kataloq, kitabxana xidmətləri, çap etdikləri əsərlər, bərpa mərkəzi və s. haqqında məlumat veriblər. Qeyd olunub ki, adıçəkilən təşkilatların hər birinə MEK təcrübəsi barəsində məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən nəfis tərtibatlı kitablar hədiyyə olunub.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description