Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vakant vəzifələri ilə bağlıdır. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vakant vəzifələri ilə bağlıdır.
  • Toplum
  • 8 Yanvar 2019 22:17
  •  1 672

Dövlət qulluqçusu olmaq üçün 325 nəfər ərizə verib

Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vakant vəzifələri ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (299 vəzifə) növünə aid olan 325 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

DİM-dən bildirilib ki, yanvarın 8-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 325 nəfər qeydiyyatdan keçib. Onlardan 323-ü dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati icraçı vəzifələr) tutulması üçün müraciət edib. Göründüyü kimi, inzibati icraçı vəzifələrdə işləmək istəyənləri sayı daha çoxdur. Qeyd edək ki, dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vakant vəzifələri ilə bağlıdır. Nazirliyin dövlət qulluğu vəzifələrinin B növü üzrə müsahibəyə çıxardığı 66 vakant vəzifəyə 137 nəfər müraciət edib.

Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

AzNews.az