Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
  • Toplum
  • 16 Yanvar 2019 14:14
  •  2 445

Məktəblərdə iki gün dərs olmayacaq

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

© AzNews.az