Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir. Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir.
  • Toplum
  • 16 Yanvar 2019 15:37
  •  2 939

Türkiyədəki pis hava Bakıya da gəlir - Güclü külək əsəcək

Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir.

Son günlərdə Türkiyə Respublikasında hava kəskin şəkildə dəyişib. Havanın belə dəyişməsi hava və quru nəqliyatının hərəkətində böyük problemlər yaradıb.

AzNews.az xəbər verir ki, Türkiyənin ən isti şəhərlərindən olan Antalyaya 50 santimetr qar yağıb. Şəhərdə yağan qar nəticəsində bir çox yollar buz bağlayıb.

Türkiyədə bir çox ərazi kimi Tunceli ərazisi də son illərin ən çətin qışlarından birini yaşayır. Bəzi kəndlərdə qarın uzunluğu 2, bəzilərində isə 3 metrə yaxınlaşıb. Kənd sakini Nuri Sürgün “Qış çox çətindir. Çox böyük problemlər yaşayırıq. Evimiz bir mərtəbədir, hər yeri qar oldu evimizin. Kənd ərazisi qardan təmizlənmir deyə özümüz təmizləyirik, bezmişik” deyib.

İki ildir qar yağmayan İğdır şəhərinə də bu il qar yağıb. Qarın yağmağını həsrətlə gözlədiklərini deyən şəhər sakinləri “İki il idi bura qar yağmırdı. Çox şükür ki, bu il yağdı” deyib.

Bodrum şəhərinə 4 il sonra 53 santimetr qar yağması nəticəsində yollar buz bağlayıb.

Ankarada yağan qarın yaradacağı fəsadların qarşısını almaq üçün tədbirlər görülsə də, yolların bir çoxu buz bağlayıb.

İstanbulda güclü qar səbəbindən bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Məlumata görə, İstanbulun Atatürk aeroportundan Sinop, Antalya, Qaziantep, Saloniki, Kişinyov, Xarkov, Odessa, Belqrad, Sofiya, Malta istiqamətində olan reyslər ləğv edilib.

Bundan başqa, bir çox məktəblər tətilə buraxılıb, yollarda nəqliyyatın hərəkəti iflic olub.

Azərbaycanda da hava şəraitinin pisləşəcəyi deyilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, yanvar ayının 17-də Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir:

"Bu yarımada üçün çox güclü külək hesab edilir. Bu da o deməkdir ki, bəzi quru ağacların budaqları sına bilər və s. Sabah əhali diqqətli olmalıdır. Yaşlı adamlar ehtiyac yoxdursa çölə çıxmasınlar, valideynlər övladlarını nəzarətsiz çölə buraxmasınlar”.

Təhsil naziri Ceyhun Bayramov da qabaqlayıcı tədbir görüb. Əmr verib ki, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın.

Nigar Cəfər
AzNews.az

image description image description image description image description image description