AMEA-nın “Elm” nəşriyyatına direktor təyinatı olub. AMEA-nın “Elm” nəşriyyatına direktor təyinatı olub.
  • Toplum
  • 16 Yanvar 2019 15:41
  •  2 484

AMEA-nın işçisi “Elm” nəşriyyatının direktoru oldu

AMEA-nın “Elm” nəşriyyatına direktor təyinatı olub.

Bu vəzifəyə Səbuhi Qəhrəmanov təyin edilib.

S.Qəhrəmanov bu təyinata qədər AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

O, 2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.(report.az)

© AzNews.az