Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
  • Toplum
  • 24 Yanvar 2019 18:07
  •  3 861

Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Sabah, saat 11:00-dan 14:30-a qədər Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, fasiləyə səbəb Bakı regionunun Bağlar Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik enerjisinin dayanıqlığı məqsədi ilə 110/35/10 kV-luq “Zabrat” yarımstansiyasından çıxan Məhəmmədi 1-2 EVX-lərinin əlaqələndirilməsidir.

“Azərişıq” yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

AzNews.az