Seçicilərin əksəriyyəti Petro Poroşenkoya səs veriblər. Seçicilərin əksəriyyəti Petro Poroşenkoya səs veriblər.
  • Toplum
  • 1 Aprel 2019 10:33
  •  1 542

Azərbaycandakı ukraynalılar kimə səs verdilər?

Seçicilərin əksəriyyəti Petro Poroşenkoya səs veriblər.

Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının prezident seçkiləri üzrə səsverməsinin nəticələri məlum olub.

Bülletenlərin 100 faizinin hesablanmasının nəticəsinə görə, seçicilərin əksəriyyəti - 37,14%-i Ukraynanın hazırkı Prezidenti Petro Poroşenkoya səs veriblər.

Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə ümumilikdə 175 nəfər qatılıb.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçirilib. Ukrayna MSK-nın məlumatına görə, bülletenlərin 40,21%-nin hesablanmasının nəticələrinə görə, prezidentliyə namizəd, şoumen Vladimir Zelenski Ukraynadakı prezident seçkilərinin ilk turunda səslərin 30,23%-ni toplayıb, hazırkı dövlət başçısı Petro Poroşenko isə 16,65% səs qazanıb.(report.az)

AzNews.az