- Toplum
- 1 Aprel 2019 11:28
- 1 295
Bakıda maşın üç piyadanı vurdu - Ölənlər var

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza bir neçə dəqiqə əvvəl Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.
Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.(trend.az)
AzNews.az