- Toplum
- 6 Aprel 2019 23:59
- 2 180
10 milyonuncu sakinin anadan olması münasibətilə Bakıda atəşfəşanlıq olacaq

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə sabah paytaxtda bir sıra tədbirlər keçiriləcək.
"Report" xəbər verir ki, aprelin 7-də Bakının bütün rayonlarında agacəkmə aksiyası və saat 17:00-da Bakı bulvarında konsert proqramı keçiriləcək. Tədbirlər axşam saat 21:00-da böyük atəşfəşanlıqla davam edəcək. Aznews.az