• Toplum
  • 8 Aprel 2019 12:34
  •  1 608

Ağdaban soyqırımından 27 il ötür

130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 nəfər dinc sakininə amansız işgəncələr verilib

1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində ermənilərin törətdiyi qanlı soyqırımdan 27 il ötür.

Aprel ayının 8-də, səhər saatlarında erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Ermənilərin Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talan və məhv edilmişdir. Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılmış və məhv edilmişdir.

Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı idi.

Qeyd edək ki, Ağdaban soyqırımı Yuxarı Qarabağın bütünlüklə işğalından əvvəl baş vermişdi. Bu onu göstərir ki, ermənilərin təkcə Dağlıq Qarabağ deyil, işğalçılıq siyasətinin təməlində uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün daha geniş ərazilər həyata keçirmək xeyli əvvəllər planlı şəkildə hazırlanmışdı.

Cavidan Mirzəzadə

AzNews.az

image description image description image description image description