Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb
  • Toplum
  • 12 Aprel 2019 14:35
  •  3 584

BDU rektorunun daha bir müşaviri işdən çıxarıldı

Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb

Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir.(report.az)

AzNews.az