Yaxın aylarda "Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq Yaxın aylarda "Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq
  • Toplum
  • 13 Aprel 2019 13:41
  •  2 391

Vahid dispetçer mərkəzi qurulacaq - "Bakı Metropoliteni"ndə

Yaxın aylarda "Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq

"Bakı Metropoliteni" QSC-də Bənövşəyi xəttin idarəetmə sistemlərini həyata keçirən yeni tipli vahid dispetçer mərkəzinin qurulması nəzərdə tutulur.

Bu mərkəz digər xətlərin də dispetçer mərkəzlərinə rəhbərlik etməyə imkan verəcək.

Yaşıl və Qırmızı xətlərin yeni idarəetmə sistemlərinə keçirilməsi istiqamətində də ən mühüm addımlar 2019-cu il ərzində atılacaq və işlərə "Nərimanov" elektrik deposunda "ox sayğacı" sistemi üzərində işarəvermənin ən yeni sisteminin tətbiqi ilə başlanılıb.

Bənövşəyi xəttin Ceyhun Səlimov küçəsində yerləşən 3-cü stansiyası ilə yanaşı, Xocasəndə inşa olunan deponun bir hissəsi istifadəyə verilməlidir. Həmin mərhələdən başlamaqla, deponun idarəetmə sistemləri xətt üzrə qurulmaqda olan vahid layihəyə tam uyğun olmalıdır.

Yaxın aylarda "Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin də qazıntısı başa çatdırılacaq və infrastrukturun qurulması istiqamətində işlər sürətləndiriləcək. (Report)