İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə konfrans baş tutub İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə konfrans baş tutub
  • Toplum
  • 17 Aprel 2019 17:04
  •  2 257

Müasir çağrı mərkəzləri necə olmalıdır?

İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə konfrans baş tutub

Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə sistem inteqratoru “Kibrit.tech” MMC tərəfindən “Müasir çağrı mərkəzlərinin təşkili” mövzusunda konfrans keçirilib.

AzNesw.az xəbər verir ki, kofransın təşkilində məqsəd çağrı mərkəzlərinin fəaliyyətinin qurulması sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.

Tədbirə müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri qatılıblar.

Konfransda Vergilər Nazirliyi Çağrı Mərkəzinin, “Digital Services Company” MMC-nin, “AVAND Technology” MMC-nin və “Tandem” MMC-nin müştəri xidmətləri üzrə mütəxəssisləri çıxış ediblər.

Çıxışlarda çağrı mərkəzlərinin müsbət rolundan danışılıb, onların düzgün və peşəkar şəkildə təşkilinin vacibliyi vurğulanıb.

Çıxışçılar, eyni zamanda, bu sahədə tətbiq olunan yenilikləri diqqətə çatdırıblar.

Sonda “Kibrit.Tech” MMC tərəfindən çağrı mərkəzlərinin işinin düzgün qurulması üçün vacib alət olan “Orangeline” Çağrı Mərkəzi İdarəetmə Sistemi nümayiş etdirilib.

Konfrans iştirakçıları canlı rejimdə daxil olan müraciət və sorğuların real vaxtda qəbul, qeydiyyat və emalı prosesini izləyiblər.

Səidə Vahid

AzNews.az

image description image description image description