• Toplum
  • 19 Aprel 2019 16:56
  •  1 277

Nazpəri Dostəliyevanın qardaşı tərəfindən zorlandığı deyilən Şəhla video yaydı

Məni həbsxanaya, dəlixanaya saldırdılar

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar tərəfindən zorlandığı deyilən Şəhla adlı xanım İnstagramda video yayıb.

AzNews.az xəbər verir ki, Şəhla Dostəliyeva xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağayar haqqında bu sözləri deyib:

"Qızımın başına gələnlərdən xəbərim yox idi. Amma övladım üçün abrımı ortaya qoyaram. Bütün arxivləri açaram. Hər şey sizə sübut edərəm. Allah bəlanızı versin. Deməli, 1981-ci ildə 17 yaşım var idi. 9 May "Qələbə günü"ndə sinif yoldaşımla bulvara getdik. Evə gedəndə metroda adam çox idi. Nazpəri Dostəliyevanın qardaşının maşınına mindik. O, sinif yoldaşımı düşürdükdən sonra məni “Qurd qapısı” qəbristanlığına aparaq zorladı. Həyatımı söndürdülər. Ondan sonra başıma nə bəlalar gətirdilər. Məni həbsxanaya, dəlixanaya saldırdılar. Qızım bu yaxınlarda atası tərəfindən təcavüz olunduğunu deyib. Bilmirdim. Özüm üçün səsimi çıxarmadım. Amma övladım üçün sinəmi qabağa verərəm”.

AzNews.az