Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra vəfat edib Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra vəfat edib
  • Toplum
  • 23 Aprel 2019 08:20
  •  1 808

Bakıda gənc qızın ölümündə “Baku Medical Plaza” günahkardır?

Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra vəfat edib

Xəbər verildiyi kimi, aprelin 18-də Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra vəfat edib.

AzNews.az-ın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, gənc qızın əməliyyatı “Baku Medical Plaza”da həyata keçirilib. Lakin mətbuatda bununla bağlı dərc edilən məqalələrdə klinikanın adı yer almayıb.

“Baku Medical Plaza"nın şəhərin mərkəzində və Babək prospektində filialları fəaliyyət göstərir. Hadisənin konkret hansı tibb müəssisəsində baş verdiyi məlum deyil.

Xatırladaq ki, gənc qız 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Aprelin 17-də baş tutan sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

AzNews.az