Mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır Mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır
  • Toplum
  • 30 Aprel 2019 10:18
  •  1 711

“Halal” sertifikatının verilməsinə dair mexanizm formalaşdırılacaq

Mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.

Bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.

Sənədə əsasən, mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır.

AzNews.az