Yaxınları onun xarici ölkəyə aparılacağını vurğulayıb Yaxınları onun xarici ölkəyə aparılacağını vurğulayıb
  • Toplum
  • 20 May 2019 15:28
  •  3 020

İsgəndər Həmidovun səhhəti ağırlaşdı - Əməliyyat olunmasına razılıq verilmədi

Yaxınları onun xarici ölkəyə aparılacağını vurğulayıb

Mayın 19-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib.

AzNews.az xəbər verir ki, o, şiddətli ürək ağrısı ilə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər onu müayinə edəndən sonra əməliyyat olunması haqda qərar veriblər.

Lakin ailə üzvləri onun Bakıda əməliyyat olunmasına razı olmayıblar. Yaxınları İsgəndər Həmidovun xarici ölkədə əməliyyat olunacağını deyiblər.

Bahar RÜSTƏMLİ

AzNews.az