İnsanın talantı əslində əngəl tanımır İnsanın talantı əslində əngəl tanımır
  • Toplum
  • 13 İyun 2019 15:08
  •  6 118

Təbrizin qeyri-adi rəsmləri - FOTO

İnsanın talantı əslində əngəl tanımır

Rəssamlıq dünyası sözün birbaşa mənasında rəngarəngdir. Bir-birini inkar edən estetik cərəyanlar bu sənəti bir başqa mənada rəngarəng etməkdədir. XIX əsrdə meydana gəlmiş primitivizm cərəyanı özündən əvvəlki naturalist sənətə meydan oxumağa başladı. Böyük rəssamlar artıq bilərəkdən uşaqcasına rəsmlər çəkməyə başladılar və primitiv sənət təmayülü get-gedə inkişaf etdi və üstünlük qazandı. Özəlliklə Pablo Pikasso bu üslubu pik nöqtəyə çatdırdı. Onun düşüncəsinə görə uşaqlar kimi çəkməyi bacarmaq böyük ustalıq tələb edirdi, əslində isə bu heç zaman mümkün olmur. Buna səbəb uşaq fantaziyasının sərhəd tanımamasıdır. Böyük rəssamlarda isə bu, belə deyil.

Daun sindromlu gənc rəssam Təbriz Nəsirovun rəsmlərindən danışmağa belə bir girişlə başlamağımız təsadüfi deyil. O, prmitivist üslubda çəkir, bu, onun sənətkarlığının və ya başqa sözlə desək, rəssamlıq qabiliyyətinin təbii formasıdır. Bizim tanıdığımız real dünyanın fiqurları onun təxəyyülündə fantastik formalar alır, beləliklə yaratmış olduğu rəsmlər qeyri-adiliyi ilə fərqlənir. Əslində insanın yarada bilməyəcəyi fantastik formalar meydana çıxır.

İdeya peşəkar rəssam Fərhad Yalquzaqdan gəldi.

Image result for fərhad yalquzaq

Təbrizin primitiv adlandıra biləcəyimiz rəsmlərini görən anda Fərhad onlardakı qeyri-adiliyin dərhal fərqinə vardı və bu rəsmlərə peşəkar fırça ilə yeni ölçülər qazandırmaq mümkün olduğunu söylədi. Dünya rəssamlıq praktikasında belə təcrübə var: uşaq rəsmləri peşəkar rəssamlar tərəfindən canlandırılaraq yeni formalar qazanır. Nəticədə, Təbriz və Fərhadın birgə əməkdaşlığının məhsulu olan 20 rəsm meydana gəldi.

Yaxın günlərdə bu rəsmlər sərgilənəcək və tamaşaçıların ixtiyarına veriləcək. Sərginin açılmasındakı əsas məqsədlərdən biri əngəlli uşaqların olduğu ailələrə stimul vermək, bu uşaqların yaradıcılıq imkanlarına həssaslıqla yanaşılmasını təlqin etməkdir.

Təbrizin nümunəsində görə bilərik. İnsanın talantı əslində əngəl tanımır, əksik olan, bəzən ona böyüklərin yetəri qədər meydan verməməsidir.

AzNews.az

image description image description image description image description image description