Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib. Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.
  • Toplum
  • 16 İyun 2019 23:58
  •  2 414

Kazinoda qadını döydülər - VİDEO

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.

Marneuli şəhər sakini olan qadın oğlunun kazinodan çıxarılmasını tələb edib.

Kazinonun mühafizəçiləri qadını kazinodan uzaqlaşdırmağa çalışıblar. Bu zaman mühafizəçilər qadına qarşı fiziki güc tətbiq ediblər.

Nəticədə qadının halı pisləşib. Mühafizəçilərin qadına əl qaldırması yerli sakinləri hiddətləndirib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

İnsidentlə bağlı araşdırma aparılır.(report.az)

AzNews.az

image description