Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb
  • Toplum
  • 24 İyun 2019 20:43
  •  1 996

Naxçıvanda üç gənc istedad xüsusi təqaüdə layiq görülüb - SİYAHI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb

Sərəncamla xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:

Hüseynli Rafiq Anar oğlu - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, idman sahəsi üzrə

Bağırov Siyavuş Mehdi oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə

Əliyeva Duyqu Cabir qızı - Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, incəsənət sahəsi üzrə".