Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verir Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verir
  • Toplum
  • 12 İyul 2019 10:26
  •  1 634

Xələf Xələfov rusiyalı həmkarı ilə I Xəzər İqtisadi Forumunu müzakirə etdi

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verir

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə rusiyalı həmkarı, status-katib Qriqori Karasin arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verir.

"Söhbət zamanı ikitərəfli əməkdaşlıq, eləcə də tərəflərin qarşıdan gələn I Xəzər İqtisadi Forumuna hazırlıq, beynəlxalq və regional məsələlər müzakirə olunub", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, I Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın "Avaza" milli turizm zonasında keçiriləcək.(report.az)

AzNews.az