İtkin düşən 18 yaşlı qız tapıldı - FOTO

Babayeva Əminə Zeynal qızı tapılıb

Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb.

İyul ayının 2-si itkin düşən 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı bir neçə gün sonra tapılıb.

Xatırladaq ki, Ə.Babayeva iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxmış və bir daha geri qayıtmamışdı. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı olub.(trend.az)

AzNews.az

image description