Meyit dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb Meyit dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb
  • Toplum
  • 29 İyul 2019 12:54
  •  1 624

12 yaşlı uşağın meyiti tapıldı - dənizdən

Meyit dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb

Abşeron rayonunda dənizdə batan 12 yaşlı uşağın meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, iyulun 28-də Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az