Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib
  • Toplum
  • 13 Avqust 2019 21:57
  •  2 201

Sumqayıtda Rusiya vətəndaşı qətlə yetirilib

Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib

1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B.Bakayev ürək nahiyyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Çeçenistan vətəndaşını bıçaqlayan şəxsin Ağcabədi sakini olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır. (APA)