Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib
  • Toplum
  • 19 Avqust 2019 21:51
  •  2 739

Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib

Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır. (Report)