Nazirlik sürücülərə tövsiyə etdi: "Avtomobillərini..."

Reydlər zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir.

AzNews.az xəbər verir ki, avqustun 1-dən 31-dək davam edəcək tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir.

“Təmiz hava” aylığı ilə bağlı keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir.

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.

Səidə Vahid

AzNews.az