Ağacdan yıxılan kişi öldü

Faktla bağlı araşdırma aparılır

Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb.

Rayonun Çobankol kənd sakini, 1983-cü il təvəllüdlü Elşad Arzuman oğlu Atayev bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E. Atayev avqustun 15-i yaşadığı ünvanda əncir ağacından yıxılıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az