Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb
  • Toplum
  • 21 Avqust 2019 18:10
  •  2 413

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb

Hadisə rayonun Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı baş verib.

Ağcabədi rayon Subartezian İdarəsinin işçiləri su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşüb.

Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Trend)