• Toplum
  • 3 Sentyabr 2019 10:13
  •  1 404

Bakıda avtomobil kanalizasiya arxına düşdü - YENİLƏNİB

FHN avtomobili çıxarıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Qaradağ rayonu ərazisində kanalizasiya arxına düşən avtomobili çıxarıb.

Bu barədə nazirliyin Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

O, "Peugeot 406" markalı maşının içərisində heç kəsin olmadığını da əlavə edib.

09:27

Bakıda meyvə daşıyan avtomobil kanalizasiya arxına düşüb.

Şahidlərin verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, “Meyvəli” bazarın giriş hissəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, həmin ərazidə "Peugeot 406" markalı avtomobil kanalizasiya arxına düşüb.

Avtomobilin arxasında dövlət nömrə nişanı olmayıb.

Nəqliyyat vasitəsinin içərisində sürücünün olub-olmaması bilinmir. (Report)